Главная Подкасты səsli məktublar
səsli məktublar

səsli məktublar

Mirvari Həşimli 37 Эпизоды июл 6, 2026

Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.

Эпизоды

sarı pərdəli pəncərə və vişnəli brownie
sarı pərdəli pəncərə və vişnəli brownie июл 6, 2026 00:26:38 son zamanlarda nələr olur deyə danışmaq istədim, sizdən və bura səsli məktub buraxmaqdan ötrü darıxmışam, ən qısa zamanda yenidən görüşəkk!!
bütün güllər anamın bağçasındandır
bütün güllər anamın bağçasındandır май 2, 2026 00:27:20 nə vaxt solacağını bilmədiyimiz tək şey insanın ömrüdür, ona görə şansınız varkən bir-birinizə solub gedəcəyini bildiyiniz gülləri hədiyyə edin.
robotlar mənim insanlarım deyil
robotlar mənim insanlarım deyil фев 14, 2026 00:33:34 uşaqkən düşünürdüm ki bəlkə də ətrafımdaki insanlar robotdu və sadəcə mən insanam, zaman keçdi özüm gün keçdikcə daha az insan hiss etdiyimi görməyə başladım. indi isə nə çevrəmizdəki robotları, nə də robotlaşmağı istəmirəm. mən robotları deyil insanlarımı istəyirəm.
sadəcə bir mesajdır
sadəcə bir mesajdır дек 31, 2025 00:05:59 bu səfər uzun-uzun söhbət etmirik, amma “səsli məktublar”-ın ağlımda olduğunu bildirmək istədim. dinlədiyiniz və var olduğunuz üçün təşəkkür edirəm! yaxşı ki varsınız! yeni iliniz mübarək!
Həyatıma bir gün qazandırmaq
Həyatıma bir gün qazandırmaq окт 3, 2025 00:26:48 Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.
qonaqlıqdan söhbətlər: kim sağalır?
qonaqlıqdan söhbətlər: kim sağalır? сен 15, 2025 01:02:03 ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu. Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyir
məni kimdən öyrənməliyəm?
məni kimdən öyrənməliyəm? июн 22, 2025 00:35:54 bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm? bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm. neçə müddətdir
dostum üçün
dostum üçün май 4, 2025 00:41:34 artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram. görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.
uzaqdan şeirləri xatırlamaq
uzaqdan şeirləri xatırlamaq апр 12, 2025 00:40:20 insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.
konfet kağızlarının arasında gizlənmək
konfet kağızlarının arasında gizlənmək янв 18, 2025 00:30:07 Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar. Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. B
bir az söhbət edək ?
bir az söhbət edək ? янв 12, 2025 00:29:59 Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim. “Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdiy
kameralarla qeydə alınmış nostalgiya
kameralarla qeydə alınmış nostalgiya дек 8, 2024 00:28:17 uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə

Рекомендуемое