Главная Подкасты İçimdən gəldiyi kimi
İçimdən gəldiyi kimi

İçimdən gəldiyi kimi

Bahar Mirzezade 17 Эпизоды июн 22, 2026

Hər şey sürətlə gedərkən arada bir dayanmaq lazımdır. Bu podcast daxili səs, sakitlik, düşünmək və həyatın içində öz yerini tapmaq haqqındadır. Kiçik xoşbəxtliklər, hisslər və insan olmağın sadə halları.

Эпизоды

Bəzi yerlərin enerjisi olur
Bəzi yerlərin enerjisi olur июн 22, 2026 889 Bəzi yerlərə daxil olanda niyə özümüzü rahat, bəzilərində isə narahat hiss edirik? Bu bölümdə məkanların enerjisi, insanların hissləri və bu mövzuya həm psixoloji, həm də fəlsəfi baxışdan danışıram.
Ən təhlükəli yalan insanın özünə  dediyi yalandırmı? !
Ən təhlükəli yalan insanın özünə dediyi yalandırmı? ! июн 8, 2026 802 Özümüzdən gizlətdiyimiz həqiqətlər, bəhanələr və qəbul etmək istəmədiyimiz reallıqlar həyatımıza necə təsir edir? Bəzən özümüzə söylədiyimiz kiçik bir yalan belə gələcəyimizi dəyişə bilər
Bəlkə də, heç kim tam böyümür
Bəlkə də, heç kim tam böyümür май 25, 2026 712 Bəlkə də heç kim tam böyümür. Sadəcə zaman keçdikcə hisslərimizi gizlətməyi, yorğun olduğumuz halda gülümsəməyi və hər şey qaydasındaymış kimi davranmağı öyrənirik.
Eyni həyatı yenidən yaşamaq istəyərdinmi?
Eyni həyatı yenidən yaşamaq istəyərdinmi? май 11, 2026 733 Əgər hər şeyə sıfırdan başlama şansın olsaydı,yenə eyni həyatı seçərdin? Bu bölümdə qərarlar, peşmanlıqlar, təsadüflər və bizi biz edən bütün seçimlərdən danışdıq. Bəzən dəyişmək istədiyimiz şeylər, əslində bizi bugünkü insana çevirən şeylər olur:)
Azadlığın Paradoksu: İnsan həqiqətən azaddırmı?
Azadlığın Paradoksu: İnsan həqiqətən azaddırmı? апр 20, 2026 784 Azad olduğumuzu düşünürük. Amma qərarlarımız doğrudan da özümüzə məxsusdurmu? Bu epizodda insanın azadlığı və seçimlərimizin arxasındakı təsirləri haqqında danışdım:)
Sosial şəbəkələrin insan psixologiyasına təsiri
Sosial şəbəkələrin insan psixologiyasına təsiri апр 6, 2026 752 Bu epizodda sosial şəbəkələrin insan psixologiyasına necə təsir etdiyini danışdım. Sosial mediada gördüyümüz həyatların bizdə yaratdığı müqayisə hissi, özümüzü yetərsiz hiss etməyimiz və bunun düşüncələrimizə təsiri haqqında fikirlərimi bölüşdüm.
Səssizlik və tək qalma qorxusu
Səssizlik və tək qalma qorxusu мар 30, 2026 836 Bəzən insan başqalarından yox, öz fikirlərindən qaçır. Tək qalanda beynimizdə çoxlu suallar yaranır və bu suallar bəzən bizi narahat edir. Bu epizodda tək qalma qorxusu, səssizliyin psixologiyası haqqında danışıram
Niyə bəzi xatirələr bizi buraxmır?
Niyə bəzi xatirələr bizi buraxmır? мар 15, 2026 996 Hər birimiz həyatımızda bəzi xatirələrin bizi buraxmadığını hiss edirik. Bu bölümdə uşaqlıq xatirələrindən, keçmiş dostlardan və həyatımıza təsir edən insanlardan danışırıq. Gəlin birlikdə baxaq ki, niyə bəzi anlar heç vaxt yaddaşımızdan çıxmır və onlar bizi necə formalaşdırır
Özəl günlər yoxdur ,özəl anlar var
Özəl günlər yoxdur ,özəl anlar var мар 8, 2026 610 Bu epizodda özəl günlərdən yox, həyatımızı həqiqətən dəyərli edən özəl anlardan danışıram. Bəlkə də sevgi və diqqət üçün xüsusi bir tarix gözləməyə ehtiyac yoxdur:)
Niyə sərhəd qoya bilmirik?
Niyə sərhəd qoya bilmirik? фев 28, 2026 858 Hamını razı salmağa çalışdığın günlər bitməlidir. Çünki sən hamının rahatlığı üçün yaradılmamısan:)
20-lərdə kimlik axtarışı
20-lərdə kimlik axtarışı фев 21, 2026 804 20-lər qırıldığımız, öyrəndiyimiz və yenidən qurulduğumuz illərdir. Bu podkast sənin içindəki gücü xatırlatmaqdı:) Küləyin səsi bəzən çox gələ bilər ama düşündüm orda hiss etdiyim kimi yenidən danışa bilməyəcəm ona görə olduğu kimi paylaşıram:)
Niyə səhv etməkdən qorxuruq?
Niyə səhv etməkdən qorxuruq? фев 16, 2026 1049 Bəlkə də mən səhvdən yox, ‘bacarmadın’ deyən səslərdən qorxuram:)

Рекомендуемое