Əkinçi

Əkinçi

akinchi 795 Эпизоды окт 22, 2026

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Эпизоды

Psixoterapiyada neyrofərqlilik: yanaşmalar və çətinliklər | Səbinə Nəzərova
Psixoterapiyada neyrofərqlilik: yanaşmalar və çətinliklər | Səbinə Nəzərova окт 22, 2026 912 Psixoloq və psixoterapevt Səbinə Nəzərova psixoterapiyada neyrofərqliliyin nəzərə alınmasının vacibliyindən danışır. Onun sözlərinə görə, autizm, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, eləcə də digər neyroinkişaf xüsusiyyətləri insanların gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə müxtəlif şəkildə təsir göstərir. Spiker vurğulayır ki, neyrofərqli insanların qarşılaşdı
Qadınların gözü ilə şəhər | Fidan Novruzova
Qadınların gözü ilə şəhər | Fidan Novruzova окт 19, 2026 1527 Urbanistika üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin qadınların gündəlik ehtiyacları və təcrübələri nəzərə alınaraq planlaşdırılmasının əhəmiyyətindən danışır. İnsanlar eyni şəhərdə küçələrdən, ictimai nəqliyyatdan, parklardan və digər ictimai məkanlardan istifadə zamanı fərqli təcrübələr yaşaya bilirlər. Xüsusilə qadınların hərəkət imkanları, təhlükəsizliyi və qayğı öhdəlikləri şəhərsalmada kifa
ABŞ-da hüquq təhsili və hüquqşünas hazırlığı | Altay Mustafayev
ABŞ-da hüquq təhsili və hüquqşünas hazırlığı | Altay Mustafayev окт 15, 2026 1662 ADA Universitetinin hüquq fakültəsinin professoru, İndiana Universitetinin hüquq elmləri doktoru Altay Mustafayev qeyd edir ki, ABŞ-da hüquq təhsilində nəzəri biliklərlə yanaşı, tələbələrin tənqidi düşüncə, araşdırma və problem həll etmə bacarıqlarının inkişafına xüsusi əhəmiyyət verilir. Qonağımız həmçinin ABŞ-da geniş tətbiq olunan Sokrat metodundan, real məhkəmə qərarları əsasında aparılan tədr
Vizyon nədir və bizə necə kömək edir? | Pərviz Abbasov
Vizyon nədir və bizə necə kömək edir? | Pərviz Abbasov окт 12, 2026 722 Hüquqşünas, Nyu-York Ştatı Vəkillər Kollegiyasının üzvü Pərviz Abbasovla vizyon anlayışının insanın şəxsi və peşəkar həyatındakı rolundan danışdıq. Qonağımız qeyd edir ki, vizyon çox vaxt formal bir anlayış kimi qəbul olunsa da, onun arxasında psixologiya, nevrologiya və liderlik sahəsində aparılan araşdırmalar dayanır. Pərviz Abbasovun sözlərinə görə, düzgün müəyyən edilmiş vizyon insana çatmaq i
SevilFest: Eşidilməyi gözləyən hekayələr | Aygün Rəşidova
SevilFest: Eşidilməyi gözləyən hekayələr | Aygün Rəşidova окт 8, 2026 909 Kiçik bir təşəbbüs kimi başlayan SevilFest bu gün Azərbaycanın bir neçə şəhərində keçirilir və müxtəlif ölkələrdən rejissorları, filmləri və tamaşaçıları bir araya gətirir. Festivalın təsisçisi Aygün Rəşidova öz çıxışında qadınların hekayələrini eşitdirməyin, qadın rejissorları tanıtmağın və cəmiyyətdə danışılması çətin olan mövzulara sənədli kino vasitəsilə yer açmağın əhəmiyyətini qeyd edir. Qon
Bir şəhəri anlamaq üçün onu piyada gəzməliyik | Anar Əliyev
Bir şəhəri anlamaq üçün onu piyada gəzməliyik | Anar Əliyev окт 5, 2026 1124 Bloqer Anar Əliyevlə danimarkalı urbanist Yan Gelin bu yaxınlarda Azərbaycan dilində nəşr edilən “İnsan yönümlü şəhərlər” kitabı haqqında danışdıq. Kitab şəhərə insan gözü ilə baxmağı və küçələri insanların gündəlik ehtiyaclarına uyğun qurmağı təklif edir. Qonağımız nitqində tıxac problemi, ictimai nəqliyyatın effektivliyi, piyada və velosiped infrastrukturunun inkişafı məsələlərinə toxunur. O qey
Köç yolu: Yaşayan ənənə, davam edən mədəniyyət | Elçin Kərimov
Köç yolu: Yaşayan ənənə, davam edən mədəniyyət | Elçin Kərimov окт 1, 2026 1287 Azərbaycanda əsrlərdir davam edən yarımköçəri həyat tərzi bu gün də yaşayır. Yaylaqla qışlaq arasında uzanan Köç yolu adi bir yol deyil, həm də Azərbaycan tarixinin və mədəniyyətinin bir hissəsidir. Bu yol boyunca qədim yaşayış formaları, inanclar, adətlər və təbiətlə bağlı biliklər nəsildən-nəslə ötürülüb. Bu gün Köç yolu və Xınalığın yarımköçəri mədəniyyəti UNESCO tərəfindən qorunan irsin bir hi
Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev
Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev июл 30, 2026 587 Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər. Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdı
Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova
Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova июл 27, 2026 821 Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır. Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O,
Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov
Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov июл 23, 2026 772 Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin rolundan danışır. Qonağımız universitet reytinqlərinin müsbət tərəflərini qeyd etməklə yanaşı, bəzi universitetlərin dayanıqlı uğurun əsasını təşkil edən keyfiyyətli tədqiqat, akademik nəşrlər və yüksək səviyyəli təhsilə
Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə
Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə июл 20, 2026 1024 Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir. Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir. Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyət
Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova
Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova июл 16, 2026 722 Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır.  Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan

Рекомендуемое