
Asya Podcast
Asya Podcast özünü, seçimlərini və həyatını daha dərindən anlamaq, rifahını yüksəltmək istəyənlər üçün məkandır. Burada pul, münasibətlər, özünüdəyər, kimlik, daxili proqramlar, emosional reaksiyalar, bolluq və həyat standartları haqqında açıq danışılır. Podkastın məqsədi insana necə yaşamalı olduğunu demək deyil, özünü daha yaxşı eşitməsinə, suallar verməsinə və həyatını şüurlu seçməsinə yeni baxış bucaqları açmaqdır. Epizodlarda real təcrübələr, şəxsi müşahidələr və düşündürən suallar paylaşılır. “Daxilində nədirsə, çöl dünyanda da odur” fikri ilə bu podkast cəsurlar üçündür.
Эпизоды

#01: Ozempik istifadəçiləri, lotoreya qazananlar, birdən-birə zəngin insanla ailə quranlar və fortunanı döndərdiyini sananlar haqda ŞOK MƏLUMATLAR
Ozempik istifadəçiləri, lotoreya qazananlar, birdən-birə zəngin insanla ailə quranlar və fortunanı döndərdiyini sananlar haqda ŞOK MƏLUMATLAR“Tez olsun. Asan olsun. Bir dəfə edim və həyatım dəyişsin.”Sürətli nəticə arzusu bəzən bizi nəticəyə yox, növbəti “sehirli çubuğa” aparır.Bu bölümdə insanların niyə uzunmüddətli strategiya qurmaq əvəzinə pullarını ani nəticə vəd edən metodlara, məhsullara və

#02:Arzuladığım həyata çata bilmək üçün ödədiyim 10 bədəl
Bəzən arzuladığımız həyatla aramızda pul, imkan və ya şans yox — illərdir içimizdə daşıdığımız köhnə proqramlar dayanır.Bu bölümdə həyatımın fərqli mərhələlərində özümdə görüb dəyişdirməli olduğum daxili proqramlardan danışıram: seçimlərimə, münasibətlərimə, pula, uğura və özümə baxışıma təsir edən düşüncə və davranış modellərindən.Hansı köhnə inanclar məni eyni döngülərdə saxlayırdı? Hansı reaksi

#03: Transformativ bir podkast
Bəzən irəli getmək üçün həyatımıza daha çox şey əlavə etməyə yox, bəzi şeyləri oradan çıxarmağa ehtiyacımız var.Bu bölümdə yeni bir mərhələyə keçərkən buraxmalı olduğumuz şeylərdən danışıram: artıq bizə uyğun olmayan münasibətlər, köhnə kimliklər, vərdişlər, özümüz haqqında illərdir daşıdığımız hekayələr, qorxular və “bəlkə bir gün dəyişər” deyə yapışdığımız insanlar və vəziyyətlər.Çünki hər şeyi

#04: Zəngin olmaq üçün təlimlərə qatılıram, amma olmur
“Zəngin olmaq üçün təlimlərə qatılıram, amma yenə də zəngin olmuram.”Bəs problem həqiqətən təlimlərdədir?Bu bölümdə pul mövzusunda özünüinkişafa yanaşarkən etdiyimiz əsas səhvlərdən danışıram. Bir təlimə qatılıb qarşılığında dərhal daha çox pul gözləmək niyə uşaq mövqeyindən gələn yanaşma ola bilər? Özünə yatırım nə zaman həqiqətən yatırım sayılır? Və niyə daxili inkişafı “pul verdim → nəticə alma

#05: Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?
Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?“Əlimdəkilərə şükür etməliyəm.”“Bu qədərini istəmək ayıbdır.”“Onsuz da mənə bu da kifayətdir.”Bəs şükür etmək həqiqətən daha çoxunu istəməmək deməkdir?Bu bölümdə yanlış şükür hissinin zənginliyə necə mane ola bildiyindən və sağlam şükran hissindən fərqləndiyi 3 əsas nöqtədən danışıram.Həmçinin:• çevrəmizin pul və zənginliklə bağlı istəklərimizi

#06: Emosiyalarımız necə zənginliyimizə və rifahımıza mane olur?
Həyatımızı seçimlərimiz, seçimlərimizi isə emosional fonumuz formalaşdırır. Uşaqlıqdan və keçmiş təcrübələrdən gələn emosional proqramlar bizə tanış olan insanları, işləri və imkanları seçməyimizə səbəb olur. Hətta qarşımızda daha yaxşı fürsət olsa belə, tanış olmadığı üçün onu görməyə və ya seçməyə bilərik. Emosional baqaj üzərində işlədikcə duyğularımız, bununla birlikdə seçimlərimiz də dəyişməy

#07: Niyə Kiçik Pulların Arxasınca Qaçırıq, amma Böyük Sərvətdən Qorxuruq?
Ah, dostlar… ❤️Heç düşünmüsünüzmü, niyə 100 manat qazanmaq üçün dərhal hərəkətə keçirik, amma 100.000 manatlıq imkanlar yaratmaq üçün eyni həvəsi göstərmirik?Niyə kiçik və sürətli qazanc bizə bu qədər cəlbedici gəlir, amma böyük sərvət yaratmaq fikri qeyri-müəyyənlik, qorxu və müqavimət yaradır?Bu podkastda danışırıq:✨ Kiçik pulların verdiyi ani emosional həzzdən✨ Beynimizin niyə sürətli mükafatı

#08: Müştəri Hekayəsi - Asılılıqdan azad oldum!
Bir insan özünə olan inamını bərpa etdikdə həyatı nə qədər dəyişə bilər? ❤️Bu dəfə müştərimlə asılılıqdan azad olmaq, özünəinamı yenidən qazanmaq, iş həyatına başlamaq və illərlə istifadə olunmamış potensialını üzə çıxarmaq haqqında danışdıq.✨ Asılılıqdan müstəqilliyə✨ Özgüvənsizlikdən özünəinama✨ Passivlikdən hərəkətə✨ Özünü məhdudlaşdırmaqdan potensialını reallaşdırmağaBəzən rifah sadəcə daha ço











