Главная Подкасты Altından xətt çəkdiklərim
Altından xətt çəkdiklərim

Altından xətt çəkdiklərim

Gulsabah Guliyeva 7 Эпизоды май 11, 2025

Bu podcastda müəllif kitablarda altından xətt çəkdiyi cümlələri psixoloji aspektdən təhlil edir. O, kitabların bəzən uzun-uzun danışmaq istədiyimiz şeyləri bir cümlə ilə ifadə etdiyini, bəzən də özümüzü ifadə edə bilmədiyimiz halda bizə kömək etdiyini vurğulayır. Psixologiyanın deməyə çalışdığı bir çox şeyi kitablarda görmək mümkündür. Müəllif bu iki sahə arasında əlaqə qurmağa çalışır.

Эпизоды

Bölüm 6 - İstedadlı uşağın dramı
Bölüm 6 - İstedadlı uşağın dramı май 11, 2025 763 "Əgər mən qarşısınıza əsəbi, çaşqın,qısqanc, ağlağan, pis düşüncələr bəsləyərək gəlsəydimm nə olardı? Mənə olan sevginizdən əsər əlamət qalardımı? Mən eyni zaman belə biriyəm." ~ Alice Miller, İstedadlı uşağın dramı
Bölüm 5 - Nietzsche Ağladığında
Bölüm 5 - Nietzsche Ağladığında апр 23, 2025 865 "Siz bunu zahirən görə bilməzsəniz. Kənardan baxanda çox yaxşı həyat yaşayıram kimi görünür. Amma bir az da dərinə getsəniz, içimdə böyük bir ümidsizlik olduğunu görərsiniz." ~ Nietzsche Ağladığında, Irvin Yalom
Bölüm 4 - Gecəyarısı Kitabxanası
Bölüm 4 - Gecəyarısı Kitabxanası мар 26, 2025 752 "Yaşaya bilmədiyimiz həyatların yasını tutmaq asandır. Başqa bacarıqlarımızı inkişaf etdirməyi, bəzi təklifləri qəbul etməyi arzulamaq asandır. Peşman olmaq və sonsuzadək peşmanlıq hiss etmək də asandır. Amma əsas problem yaşaya bilmədiyimiz üçün peşman olduğumuz həyatlarda deyil. Problem peşmanlığın özündədir. Bizi sıxıb kiçildən, solğunlaşdıran, özümüzün və bütün insanlığın düşməni olduğumuzu hi
Bölüm 3 - Bədən “yox” deyəndə
Bölüm 3 - Bədən “yox” deyəndə мар 19, 2025 779 “Bir dəfə bir terapevt mənə demişdi ki: "Əgər günahkarlıq və inciklik arasında seçim etmək lazım gələrsə, hər dəfə günahkarlığı seçin." O vaxtdan bəri bu cümlə bir çoxlarına ötürdüyüm hikmətdir. Əgər bir şeyi rədd etmək, imtina etmək sizi günahkar hiss etdirir, razı olmaq isə içinizdə inciklik hissi yaradırsa, günahkarlığı seçin. İnciklik ruhun intiharıdır.” ~ Bədən “yox” deyəndə, Gabor Mate
Bölüm 2 - Tutunamayanlar
Bölüm 2 - Tutunamayanlar мар 12, 2025 719 "Otağın divarları bomboşdur. On il burada necə yaşamışam? Divara bir şəkil asmaq da mı ağlıma gəlməyib? Pis şəkil asaram qorxusundan heç şəkil asmamışam. Pis yaşayaram qorxusundan heç yaşamamışam." ~ "Tutunamayanlar", Oğuz Atay
Bölüm 1 - Ağ zanbaqlar ölkəsi
Bölüm 1 - Ağ zanbaqlar ölkəsi мар 5, 2025 700 “Bəs siz gəncləri necə böyüdürsüz? Bir heç olaraq. Analar daima ev işləri, mətbəx təmizliyi ilə məşğul olduğu halda, atalar dövlət qulluğu, ticarət və digər işlərlə məşğul olur, axşamlar isə çayxana və qumarxanalarda oturub kart oynayırlar. Heç vaxt uşaqlarla oynamırlar. Onlara vaxtları yoxdur. Üstəlik, onların nəzərində uşaqlara qulluq etmək işgəncədən başqa bir şey deyil.” ~ "Ağ Zanbaqlar Ölkəs
Önsöz
Önsöz фев 25, 2025 122 Bu podkast altından xətt çəkdiyim cümlələr əsasında özümüzü və dünyanı anlamağa dəvətdir. Əgər siz də cümlələr arxasındakı dünyanı kəşf etmək istəyirsinizsə hər həftə altından xətt çəkdiklərim podcastında görüşənədək!

Рекомендуемое